İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada dəhşətli qətl: Tanınmış memarı 10 yaşlı qızının önündə diz çökdürüb güllələdilər

Sankt-Peterburqun mərkəzində məşhur memar, “Qorkovskaya” metro stansiyasının layihə müəllifi Aleksandr Suponitski avtomat silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisə Kremençuqskaya küçəsində, memarın yaşadığı binada baş verib. Qətlin şahidi onun 10 yaşlı qızı olub.

Gələn məlumatlara əsasən, 70 yaşlı Suponitski bu səhər qızını məktəbə aparmağa hazırlaşırmış. Onlar evin girişinə çıxanda və liftdə yaxınlaşanda yanlarına bir kişi gəlib, avtomatı onlara tuşlayaraq diz çökdürüb. Qurbanlar itaət etdikdən sonra kişi memarın başına atəş açıb və uşağa toxunmadan hadisə yerindən uzaqlaşıb.

Atəşdən sonra binada yanğın başlayıb. Hadisə yerinə gələn fövqəladə hallar xidməti əməkdaşları mənzillərdən birində silahlı şəxsin meyitini tapıblar. İlkin versiyaya görə, o, özünü öldürüb.

47news portalının məlumatına əsasən, Suponitskini güllələyən şəxsin 49 yaşlı Konstantin Kozyrev olduğu ehtimal edilir. İstintaqın ilkin versiyasına görə, onların arasında şəxsi münaqişə ola bilərdi. Lakin memarın ailə üzvləri iddia edir ki, mərhumla hücum edən arasında “heç bir mübahisə və ya ziddiyyət olmayıb”.

Hazırda hadisə ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR