İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlılara HÜCUM: aeroportda saxlandılar, səfirlikdən AÇIQLAMA - CANLI

Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir. Səfirlikdən APA-nın Moskva bürosuna verilən açıqlamada bildirilib ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.

Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər:

“Ona görə də, bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında saxlanılanlar orada bir həftəyə qədər də saxlanıla bilirlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də, sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımızı Azərbaycana sabah göndərsinlər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər”, deyə həmsöhbətimiz bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə Azərbaycan vətəndaşının Jukovski hava limanında saxlanıldığına dair görüntülər yayılıb.

Videoda Azərbaycan vətəndaşı heç bir əsas olmadan özü ilə bərabər daha iki həmyerlimizin Jukovski hava limanında Rusiya sərhədçiləri tərəfindən saxlanıldığını, bir otağa yerləşdirildiyini, onlara su və yemək verilmədiyini bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi" verilişində aparıcı Emil Salamoğlu gündəmi politoloq Vaqif Hüseynlə müzakirə edir.

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR