İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Qəzzada atəşkəsi alqışladı: “Trampa və qardaş ölkələrə təşəkkür edirəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS və İsrail arasında imzalanan atəşkəs razılaşmasını müsbət qarşıladığını bildirib.

Musavat.com xəbər verir ki, Ərdoğan bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Prezident qeyd edib ki, Şarm əl-Şeyxdə keçirilən danışıqlar nəticəsində əldə olunan sülh razılaşması Türkiyənin də səyləri ilə mümkün olub:

“HƏMAS və İsrail arasında Qəzzada atəşkəsin təmin olunmasından səmimi şəkildə məmnunam. Bu prosesə töhfə verən bütün tərəflərə təşəkkür edirəm".

Ərdoğan xüsusilə ABŞ Prezidenti Donald Trampın siyasi iradəsini vurğulayıb:

“İsrail hökumətini atəşkəsi qəbul etməyə razı salmaq üçün lazım olan siyasi iradəni göstərən cənab Trampa, həmçinin qardaş Qətər və Misirə minnətdarlığımı bildirirəm".

Türkiyə lideri bəyan edib ki, Ankara razılaşmanın icrasını diqqətlə izləyəcək və 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində mübarizəsini davam etdirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR