Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin nümayəndə heyəti 16–20 noyabr tarixlərində keçiriləcək ATƏT Parlament Assambleyasının (ATƏT PA) İstanbul sessiyasında iştirak edəcək.
Musavat.com xəbər verir ki, heyətin tərkibinə aşağıdakı şəxslər daxildir:
Sarkis Xandanyan – Xarici əlaqələr komitəsinin sədri
Artur Ovanisyan – hakim fraksiyanın katibi
Mariya Karapetyan və Lilit Minasyan – fraksiya üzvləri
Qeyd edək ki, sessiya zamanı regiondakı təhlükəsizlik məsələləri, demokratik institutların möhkəmləndirilməsi və parlamentlərarası əməkdaşlıq mövzularının müzakirə olunacağı gözlənilir.
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ