İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı deputat Putin-Əliyev görüşünü şərh etdi: “Dürüstlük ən yaxşı siyasətdir”

Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman Prezident Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşü şərh edib.

Musavat.com-un məlumatına görə Vasserman bildirib ki, Putin “dürüstlük — ən yaxşı siyasətdir” prinsipinə sadiq qalaraq Azərbaycan təyyarəsinin faciəsinin səbəblərini açıq şəkildə izah edib. Deputat əlavə edib ki, rusiyalı lider həmçinin Rusiyanın məsuliyyətini qəbul edib və baş verənlərdə Ukraynanın rolunu da qeyd edib.

Onun sözlərinə görə, bu hadisədən sonra iki ölkə arasında münasibətlər mürəkkəbləşmişdi, lakin son görüş dialoqun bərpasına və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR