Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qəzzadakı son vəziyyətlə bağlı açıqlama verib.
Kalın bildirib ki, bölgədə uzun sürən döyüşlərdən sonra tərəflər arasında həssas və kövrək bir atəşkəs razılaşması əldə olunub. Onun sözlərinə görə, bu razılaşmanın həyata keçirilməsi və bölgəyə nəzarət məsələsi də ən az atəşkəsin özü qədər diqqət və ehtiyat tələb edir.
MİT rəhbəri qeyd edib ki, regionda sabitliyin qorunması üçün bütün tərəflər məsuliyyətli davranmalı və atəşkəsin pozulmaması üçün səylərini birləşdirməlidirlər.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ