Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Çinə gömrük rüsumlarını 100 % artıracaq və noyabrın 1-də və ya ondan əvvəl ixrac nəzarəti tətbiq edəcək.
"Report"un məlumatına görə, o, bununla bağlı "Truth Social"da paylaşım edib.
Trampın sözlərinə görə, Çinin son dərəcə aqressiv mövqe tutduğu sonradan məlum olub. O, noyabrın 1-dən etibarən Çinin istehsal etdiyi bütün məhsullara ixrac nəzarəti tətbiq edəcəyini açıqlayıb. ABŞ Prezidentinin fikrincə, bu illər əvvəl hazırlanmış planın bir hissəsidir.
Tramp buna cavab olaraq bildirib ki, noyabrın 1-dən və ya ondan əvvəl Pekinin hərəkətlərindən asılı olaraq, ABŞ hazırda Çinə tətbiq edilən istənilən tarifləri 100 % artıracaq və bütün kritik proqram təminatına ixrac nəzarəti tətbiq edəcək.
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ