Onlayn ictimai-siyasi qəzet
Qəzza münaqişəsinin iki ili ərzində Birləşmiş Ərəb Əmirlikləri Fələstin anklavına humanitar yardım üçün 1,8 milyard dollar xərcləyib.
Musavat.com xəbər verir ki, BƏƏ-nin WAM xəbər agentliyinin məlumatına görə, bunu Parisdə Avropa və Ərəb nümayəndələrinin görüşündə BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim Əl-Haşimi deyib.
Onun sözlərinə görə, BƏƏ Qəzza zolağına ərzaq, dərman və zəruri ləvazimatlar daşıyan 8000-dən çox yük maşını göndərib. Əmirlik səlahiyyətliləri, həmçinin 75,000 fələstinlini müalicə edib və altı duzsuzlaşdırma qurğusuna qulluq edib.
Nazir vurğulayıb ki, BƏƏ Fələstin anklavında humanitar proqramları genişləndirmək niyyətindədir. Xüsusilə planlara əlavə su xətlərinin çəkilməsi, yardım paylama məntəqələrinin sayının artırılması, fələstinliləri ayda 25 min tona qədər ərzaqla təmin edə biləcək çörək və ictimai mətbəxlər şəbəkəsinin genişləndirilməsi daxildir.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ