İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Kazımova toyda gözlənilməz hadisə ilə üzləşdi, səhnədə "dondu" - VİDEO

Xalq artisti Aygün Kazımova və duet ortağı, tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun toy məclisindəki çıxışı zamanı maraqlı, eyni zamanda gözlənilməz an yaşanıb.

Duet ifası zamanı qonaqlardan biri qəfil səhnəyə qalxaraq özünü ritmə buraxıb.

Hadisə ilk anlarda Aygün Kazımovanın təəccüb və narahatlığına səbəb olsa da, həmin şəxsin enerjili və coşğulu rəqsi məclisə rəng qatıb.

Gözlənilməz səhnə toydakı digər qonaqların da marağına səbəb olub və alqışlarla qarşılanıb. Lakin sosial şəbəkələrdə yayılan görüntülər birmənalı qarşılanmayıb. İzləyicilər arasında bu davranışı etik qaydalara zidd hesab edənlər də olub.

Mövzu sosial platformalarda geniş müzakirələrə səbəb olub. Bəziləri bu addımı "şənlik havasına uyğun, pozitiv", digərləri isə "səhnə mədəniyyətinə hörmətsizlik" kimi qiymətləndirib.

Qeyd edək ki, sənətçilərin toyda təqdim etdiyi duet tamaşaçılar tərəfindən müsbət qarşılanıb. Aygün Kazımova və Namiq Qaraçuxurlunun birlikdə ifası sosial şəbəkələrdə minlərlə baxış toplayıb.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR