Onlayn ictimai-siyasi qəzet
Kuba prezidenti Migel Dias-Kanel “Nobel” sülh mükafatının venesuelalı müxalifətçi Korina Maçadoya verilməsi qərarını biabırçılıq adlandırıb və Nobel Komitəsinin “görünməmiş siyasiləşmə və qərəzli miqyasını” qeyd edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Dias-Kanel özünün X sosial media səhifəsində yazıb: “2025-ci ildə bu mükafatın vətəninə hərbi müdaxiləyə və son illərdə insanların diri-diri yandırıldığı küçə etirazlarına təhrik edən şəxsə verilməsi utancvericidir. Norveç Nobel Sülh Komitəsinin siyasiləşməsi, qərəzliliyi və özünü nüfuzdan salması görünməmiş səviyyəyə çatıb”, - o vurğulayıb.
Cümə günü Nobel Komitəsi builki “Nobel” sülh mükafatının Venesuela parlamentinin keçmiş üzvü Mariya Korina Maçadoya veriləcəyini açıqlayıb.
Kuba prezidentinin bu kimi açıqlama ilə çıxış etməsi onun qəlbən Venesuela prezidenti Nikolas Maduro ilə yaxın olmasından qaynaqlanır.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ