İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş ağrısını dərmansız kəsin

Baş ağrısı ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Bir çox insan baş ağrısının keçməsi üçün dərmandan istifadə edir. Lakin bu xoşagəlməz haldan təbii yollarla da xilas ola bilərsiniz.

Baş ağrısının qarşısını almaq üçün bir neçə təbii üsulu təqdim edirik:

Limon

Limon aromaterapiyası baş ağrısına yaxşı təsir edir. Bir dilim limonu əlinizdə sıxıb, üzünüzə və alnınıza sürtün. Ağrının getdikcə azaldığını hiss edəcəksiniz.

Lavanda yağı

Sakitləşdirici təsirə malik lavanda baş ağrısına təsir edir. Lavandanın qoxusu baş ağrısı və miqreni minimum endirir. Bunun üçün bir stəkan suya lavanda yağı damcıladıb qoxlamaq faydalıdır.

Qəhvə

Gündə bir fincan qəhvə içmək ağrıkəsici xüsusiyyətə malikdir. Amma qəhvəni tez-tez qəbul etmək səhhətinizdə problemlərə yol aça bilər.

Təmiz hava

Təmiz hava və oksigen baş ağrısını azaldır. Əgər çölə çıxa bilmirsinizsə, pəncərəni açın və otağı havalandırın.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR