İnsanlara hürriyət, millətlərə istiqlal!

Toy sevinci faciəyə çevrildi - Yaralananlar var - FOTO

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Muxax kəndi ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla "Mercedes Vito" markalı avtomobil toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi aşıb.

Bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata əsasən, marşrut avtobusu toydan çıxan qonaqları aparırmış.

Hazırda hadisə yerində araşdırma aparılır.  /Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR