Onlayn ictimai-siyasi qəzet
Misirdə keçirilməsi gözlənilən Qəzza üzrə sülh forumuna münaqişə tərəfləri olan İsrail və HƏMAS dəvət edilməyib.
Musavat.com xəbər verir ki, məlumatı Axios-un müxbiri Barak Ravid X sosial media hesabında açıqlayıb.
Misir hökuməti ABŞ-ın dəstəyi ilə danışıqları təşkil edərək, iyirmidən çox ölkədən nümayəndələrə rəsmi dəvət göndərib. Misir rəsmilərinin və müxbir Barak Ravidin təsdiqlədiyi məlumata görə, danışıqlarda İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadadan olan nümayəndə heyətləri iştirak edəcək.
Böyük Britaniya, Almaniya, Fransa, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziyadan yüksək səviyyəli nümayəndələrin də iştirakı gözlənilir.
Artıq Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makronun forumda iştirak edəcəyi rəsmin təsdiqlənib.
Mənbələrin bildirdiyinə görə, münaqişənin əsas tərəfləri - İsrail və HƏMAS görüşə dəvət edilməyib. Təşkilatçılar hesab edirlər ki, onların iştirakı açıq dialoqa mane ola bilər. Bununla belə, onların sülh prosesindəki rolunun müzakirəsi sammitin gündəminin əsas mövzusu olaraq qalacaq.
Amerika tərəfi ümid edir ki, Şarm əl-Şeyxdəki məsləhətləşmələr vəziyyətin sabitləşdirilməsi və zorakılığın daha da genişlənməsinin qarşısının alınması üzrə vahid beynəlxalq mövqenin inkişaf etdirilməsi istiqamətində bir addım olacaq.
Musavat.com
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ