Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) bazar günü öz xarici sərhədlərində yeni nəzarət mexanizmini – “Giriş/Çıxış Sistemi”ni (Entry/Exit System – EES) tətbiq etməyə başlayıb. Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Musavat.com xəbər verir ki, yeni sistem Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarının qısamüddətli səfərləri zamanı — yəni 180 gün ərzində 90 günlük qalma limitinə əsasən, rəqəmsal qeydiyyatının aparılmasını nəzərdə tutur.
Avropa Komissiyasının açıqlamasına görə, sistem 12 oktyabrdan etibarən mərhələli şəkildə – altı ay ərzində tam tətbiq olunacaq.
“Bu proses tədricən həyata keçiriləcək. Üzv dövlətlər sistemin tətbiqinə özləri qərar verəcəklər – yəni hansı sərhəd-keçid məntəqələrində və nə vaxt işə salacaqlarını seçəcəklər,” – deyə Avropa Komissiyasının bəyanatında qeyd olunur.
Yeni nəzarət sistemi Aİ sərhədlərində təhlükəsizlik və miqrasiya idarəçiliyinin təkmilləşdirilməsini, həmçinin sərhəd-keçid prosedurlarının rəqəmsallaşdırılmasını məqsəd qoyur.
Musavat.com
12 Oktyabr 2025
01:50 Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib - ŞOK SİYAHI AÇIQLANDI
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ