İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçı Trampın əleyhinə danışdı: “İbrahim sazişlərinə...”

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin “İbrahim Sazişləri”nə (Abraham Accords) qoşulmaq planlarını qəti şəkildə istisna edib.

Nazirin sözlərinə görə, Tehran bu təşəbbüsü “ABŞ və İsrailin regiondakı təsirini gücləndirmək planı” kimi qiymətləndirir və belə proseslərdə iştirak etməyi məqsədəuyğun hesab etmir.

“İranın bu sazişlərə qoşulması ideyası yalnız Donald Tramp administrasiyasının arzusudur. Biz bu cür təşəbbüsləri bölgədə gərginliyi artıran siyasi oyunlar hesab edirik,” – deyə Əraqçi bəyan edib.

“Avropa ilə danışıqlar vaxt itkisinə çevrilib”

Nazir həmçinin Tehranın Avropa ölkələri ilə nüvə razılaşmaları üzrə danışıqlarda davamlılıq görmədiyini bildirib:

“Biz uzun müddət səmimi şəkildə danışıqlar apardıq, lakin Avropa tərəfi öhdəliklərini yerinə yetirmədi. Bu mərhələdə danışıqların davamı sadəcə vaxt itkisi olardı.”

Əraqçi vurğulayıb ki, İran yalnız qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında əməkdaşlığa açıqdır və “təzyiq və birtərəfli diktə siyasətini” qətiyyətlə rədd edir.

Ekspertlərin fikrincə, bu bəyanat Tramp administrasiyasının Yaxın Şərqdə yenidən aktivləşən diplomatik xəttinə birbaşa cavab kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR