Onlayn ictimai-siyasi qəzet
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
12 Oktyabr 2025
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ