İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitkoff və Kuşner Təl-Əvivdə mitinqə qatıldılar

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner Təl-Əvivdə girovlara dəstək məqsədilə keçlirilən izdihamlı mitinqə qatılıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, tədbir Girov Ailələr Forumu tərəfindən canlı yayımlanıb.

Mitinq Qəzzadan israilli girovların azad edilməsi ilə bağlı əldə olunan razılaşmanın qeyd olunmasına həsr edilib. O, Təl-Əvivin mərkəzində "Girov meydanı" adlanan ərazidə keçirilir.

Tribunaya qalxan Vitkoff çıxış edib: "Mən Prezident Trampın burada olmasını istərdim. Bu, onun çox xoşuna gələrdi. Biz görünməmiş bir hadisəni qeyd edirik: çoxlarının qeyri-mümkün hesab etdiyi bir an".

O, həmçinin İsrail xalqını salamlayaraq bildirib ki, bu ölkənin vətəndaşları “sübut etdilər ki, sülh - gücün ən yüksək formasıdır”.

ABŞ prezidentinin qızı və Kuşnerin həyat yoldaşı İvanka Tramp da fəal kütlə qarşısında səhnəyə çıxıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR