İnsanlara hürriyət, millətlərə istiqlal!

Atəşkəsdən sonra Qəzzaya ilk humanitar yardım çatdırıldı

Qəzzada əldə olunan atəşkəs razılaşması çərçivəsində ilk yardım karvanı bölgəyə daxil olub.

Musavat.com xəbər verir ki, yardım tırları Qəzza zolağının Han Yunus şəhərindəki fələstinlilərə çatdırılıb.

Rəsmi mənbələrin məlumatına görə, tırlarda əsasən ərzaq, içməli su, tibbi ləvazimatlar və digər zəruri humanitar ehtiyaclar yer alıb. Bu, son aylarda müharibə səbəbindən ciddi humanitar böhranla üzləşən mülki əhali üçün mühüm addım hesab olunur.

BMT və beynəlxalq yardım təşkilatları qeyd edirlər ki, atəşkəs davam edəcəyi təqdirdə növbəti günlərdə daha çox yardımın bölgəyə göndərilməsi planlaşdırılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR