Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Zaporojye vilayətində gedən döyüşlərin yeni videogörüntülərini yayıb.
Musavat.com xəbər verir ki, yayımlanan kadrlar Ukrayna bölmələrinin cəbhə xəttində taktiki uğurlar əldə etdiyini təsdiqləyir.
Rəsmi məlumata əsasən, “Aydar” adlı 24-cü hücum batalyonu və 33-cü hücum alayının bölmələri Malıye Şerbaki kəndi yaxınlığında əhəmiyyətli irəliləyiş əldə ediblər. Əməliyyat nəticəsində Ukrayna qüvvələri təxminən 3,5 kilometr irəliləyərək ön xəttdə daha əlverişli mövqelər tutublar.
Baş Qərargah bəyan edib ki, əldə olunan bu uğur Zaporojye istiqamətində növbəti əməliyyatların gedişinə müsbət təsir göstərəcək və gələcək hücum əməliyyatları üçün mühüm strateji üstünlük yaradacaq.
Musavat.com
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ