Onlayn ictimai-siyasi qəzet
Keçmiş təhlükəsizlik rəisi faciəvi şəkildə həlak oldu
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini, general-leytenant Qrant Yepiskoposyan faciəvi şəkildə vəfat edib.
Musavat.com xəbər verir ki, hadisə 3 oktyabr tarixində baş verib. “Shamshyan.com” kriminal xəbərlər portalının yaydığı xəbərə əsasən, Yepiskoposyan hərəkətdə olan öz avtomobilinin zərbəsi nəticəsində ağır kəllə-beyin travması alıb.
Həkimlər bir neçə gün generalın həyatını xilas etməyə çalışıblar, lakin bütün səylər nəticəsiz qalıb.
Qrant Yepiskoposyan 2014–2016-cı illərdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətində yüksək rəhbər vəzifə tutub. O, ölkənin xüsusi xidmət orqanlarında uzun illər çalışıb və “təhlükəsizlik sisteminin qurucularından biri” kimi təqdim olunurdu.
Hazırda Ermənistan hüquq-mühafizə orqanları generalın ölüm səbəblərini araşdırır.
Musavat.com
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ