Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın futbolçuları Abdullah Zubir, Aleksey Kaşuk, Bədavi Hüseynov və Marko Yankoviç "Kopenhagen"lə oyunda yıxılaraq diz qapağını zədələyən azarkeşi evində ziyarət ediblər.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, komanda üzvləri azarkeşə keçmiş olsun diləklərini çatdırıblar və klub adından hədiyyələr təqdim ediblər.
Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" matçının 28-ci dəqiqəsində Abdullah Zubirin vurduğu qolu emosional şəkildə qeyd edən azarkeş yıxılaraq xəsarət almışdı. Həkimlərin ilkin müayinəsinə əsasən, onun diz qapağının qopduğu bildirilmişdi.
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ