Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsilli əcnəbilərin ölkədəki hüquqi statusunu və imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən yeni qərarı imzalayıb.
Musavat.com xəbər verir ki, “Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilmələri, dövlət və ya özəl müəssisələrdə çalışdırılmaları haqqında qanunun tətbiqi ilə bağlı Nizamnaməyə dəyişiklik edilməsi” barədə qərar 10 oktyabr 2025-ci il tarixli “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib.
Əsas dəyişikliklər və yeniliklər
Yeni qərar 2527 saylı qanun çərçivəsində qəbul edilib və türk soylu icmalardan olan şəxslərin Türkiyədə daha geniş hüquqlara malik olmasını nəzərdə tutur.
Qərara əsasən:
Türk soyluluğun müəyyənləşdirilməsi: Hər hansı bir şəxsin və ya icmanın “türk soylu” hesab olunması bundan sonra birbaşa prezident qərarı ilə müəyyən ediləcək.
İşləmək və peşə icra etmək şərtləri: Türk soylu şəxslərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilməsi üçün aşağıdakı şərtlərin hamısı təmin edilməlidir:
Daxili İşlər Nazirliyindən yaşayış icazəsi almaq;
Müvafiq sahə üzrə tələb olunan ixtisas və sənədləri təqdim etmək;
Xaricdə alınmış diplomaların denkliyini təsdiqlətmək;
Peşə fəaliyyətinə təhlükəsizlik baxımından məhdudiyyətin olmaması;
Xüsusi qeydiyyat sistemində şəxsiyyət qeydlərini təsdiqləmək;
Əgər tələb olunursa, müvafiq peşə təşkilatına üzvlüyünü təsdiq etmək;
Xaricdə alınmış kalfalıq və ustalıq sənədlərinin Türkiyədə tanınması;
Prezident tərəfindən müəyyən olunmuş türk soylu icmadan olmaq;
Vətəndaşı olduğu ölkədə məcburi səbəblərlə peşəsini icra edə bilməmək;
Öz ölkəsinin əsas əhalisindən fərqli etnik və mədəni kimliyə sahib olmaq.
“Bakanlar Kurulu” ifadəsi “Cumhurbaşkanı” ilə əvəzlənib: Qanunvericilikdəki bəzi terminlər yenilənib və qərarvermə səlahiyyəti prezident səviyyəsinə qaldırılıb.
Nəticə: Artıq “əcnəbi” deyillər
Bu dəyişikliklərdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Qaqauz, Krım kimi türk soylu icmalardan olan şəxslər Türkiyədə “əcnəbi” kimi deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmək imkanına sahib olacaqlar.
Musavat.com
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ