Onlayn ictimai-siyasi qəzet
Hindistanlı elektrik mühəndisi və miniatural incəsənət ustası Bidcay Kumar Reddi öz unikal ixtirası sayəsində Ginnesin Rekordlar Kitabına düşüb.
Musavat.com xəbər verir ki, Reddi dünyanın ən kiçik taxta qaşığını hazırlayıb.
Onun düzəltdiyi qaşığın ölçüsü cəmi 1,13 millimetrdir və o qədər kiçikdir ki, iynənin dəliyindən keçir. Bu nailiyyət Reddiyə mikroincəsənət sahəsində yeni uğur qazandırıb.
Gənc sənətkar bildirib ki, bu cür dəqiqlik tələb edən işlərə öyrəşib, lakin adətən öz əsərlərini ağacdan deyil, tüldən və ya təbaşirdən hazırlayır.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ