İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu səyahətə 2 nəfər başladıq..." - Günayın keçmiş əri

Model Günay Musayevanın keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karel sosial media hesabında paylaşım edib. 

Musavat.com xəbər verir ki, o, həyat yoldaşı Sara Skotla şəklini yayımlayaraq bunları yazıb:

"Bu gün 47 yaşım oldu. Ad günüm mübarək. 11 ildir bu günü birlikdə qeyd edirik. 12 oktyabr 2015-2025. İllər çox tez keçdi. Bu səyahətə 2 nəfər başladıq, indi biz 6 nəfərik. Arzu edirik ki, daha çox illəri birlikdə qeyd edək".

Qeyd edək ki, aktyorun ilk evliliyi Günay Musayeva ilə olub. Onların Cahangir adlı oğulları var. Günay və Tolqa 2015-ci ildə ayrılıb. Aktyor ikinci dəfə ailə qurandan sonra Amerikaya köçüb. Tolqanın bu evliliyindən daha 5 övladı var.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR