Onlayn ictimai-siyasi qəzet
Rusiya istənilən an Avropa ilə hərbi qarşıdurmaya başlaya bilər.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeger bəyan edib.
Onun sözlərinə görə, Moskva Avropanın sərhədlərinin dayanıqlığını yoxlamağa hazırlaşır və bu, “istənilən vaxt” baş verə bilər.
“Rusiya öz niyyətlərini gizlədir, lakin əslində məqsədi bizim sərhədlərimizi sınaqdan keçirməkdir. Hazırda Avropada ən yaxşı halda soyuq sülh hökm sürür, lakin bu sülh istənilən an qızğın qarşıdurmaya çevrilə bilər. Biz daha genişmiqyaslı eskalasiyaya hazır olmalıyıq”, - deyə Yeger bildirib.
Qeyd edək ki, Martin Yeger bu fikirləri Bundestaqda kəşfiyyat xidmətləri rəhbərlərinin illik ictimai dinləmələrində səsləndirib və Rusiyanı “Almaniyanın açıq şəkildə düşməni” adlandırıb.
Musavat.com
14 Oktyabr 2025
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ