Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Aygün Kazımova həmkarı Zülfiyyə Xanbabayeva ilə bağlı etiraf edib.
Pop kraliça "Afaqla 10-lar" verilişində Xanbabayevanın qızı İlqarə Kazımovanın uzun saçlarını kəsməsini xatırlayıb:
"İlqarə ilə Zülfiyyənin başqa bağlılığı var. Hərdən deyirdim ki, elə bil mənim yox, Zülfiyyənin qızısan. Yay idi, tətildəydik. Bir dəfə Zülfiyyə qızımı götürüb apardı. Düşündüm ki, gələcəklər da, rahatam. Zülfiyyənin dəbli saç düzümü var idi. Bir də görürəm ikisi də gəlir. Baxıram ki, qızımın uzun saçlarından heç nə qalmayıb. Zülfiyyə aparıb onu öz saçı kimi kəsdirib, arxadan da uzun hörük saxlayıb. Kim onu kəsdirsəydi... İllərlə qızımın saçını uzadırdım. Amma nə deyim...".
Bunu təsdiqləyən Z.Xanbabayeva "İlqarənin çox uzun saçları var idi. Apardım onu salona. İlqarə gördü ki, saçları gedir, ağladı ki, yox. Dedim, yox qızım, yaxşı olacaq. Onun saçlarını özümünki kimi edib qoydum" sözlərini əlavə edib.
İfaçı daha sonra "Aygün Kazımova ilə bu yollarda bərabər yürüdük. Bizim o qədər xatirələrimiz var ki... Bəlkə nə vaxtsa onları danışarıq, bəzilərini isə heç açmarıq" sözlərini deyib. (Axşam.az)
14 Oktyabr 2025
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ