Onlayn ictimai-siyasi qəzet
“Walt Disney Pictures” studiyasının elmi-fantastik janrda çəkdiyi “Tron: Ares” filminin premyeradan öncə nümayişi baş tutub.
Musavat.com xəbər verir ki, nümayiş ən müasir “ScreenX” formatında keçirilib.
Bu formatda görüntü eyni vaxtda üç ekranda - mərkəzi və iki yan ekranda təqdim olunub.
Filmin rejissoru Yoakim Rönninqdir. Bu ekran əsəri “Tron: İrs” filminin davamı olmaqla, “Tron” franşizasının üçüncü tammetrajlı layihəsidir. Baş rollarda Cared Leto, Evan Piters, Greta Li yer və Ceff Brices alıblar.
Süjet tamaşaçıları real hisslərə malik virtual varlıqların yaşadığı kiberkainata aparır. Bu rəqəmsal dünyada diktatura hökm sürür, qladiator döyüşləri keçirilir və köhnə rəqibin geri qayıdışı oyunu daha təhlükəli qaydalarla yenidən başladır.
Tədbir, kult “Tron” kainatının ruhunu əks etdirən, rəqəmsal texnologiyalar və vizual möhtəşəmliklə zəngin unikal hadisənin tərkib hissəsi oldu.
Qapalı nümayişdə dəvət olunan xüsusi qonaqlar, tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Nümayişdən əvvəl baş tutan əsas hadisə zalda keçirilən lazer şou olub.
Könül
Musavat.om
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ