Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Misirdə keçirilən sülh zirvəsində gözlənilməz diplomatik səhnə yaşanıb.
Yayılan videoda görünür ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanaşı əyləşərək söhbət edir. Elə bu vaxt Fransa Prezidenti Emmanuel Makron yaxınlaşır və vidalaşmaq üçün əl uzadır.
Ərdoğan israrla Makronu Türkiyəyə dəvət edir, Makron isə təbəssümlə cavab verir: “Sən məni ara, tarixləri müəyyənləşdirək, o zaman gələrik. İndi isə Parisdə məni gözləyirlər.”
Bu səmimi dialoqdan sonra Makron təşəkkür əlaməti olaraq Ərdoğanın yanaqlarından öpür. Ardınca isə Azərbaycan Prezidenti İlham Əliyevlə də isti şəkildə görüşür, qucaqlaşır və gülümsəyərək vidalaşır.
Fransa liderinin bu jesti sosial şəbəkələrdə böyük maraq doğurub. İllər boyu Ankara və Bakıya qarşı sərt ritorikası ilə tanınan Makronun bu dəfə “yumşaq diplomatiya”ya keçməsi müşahidə olunur.
Misir zirvəsindəki bu səhnə, bəlkə də, Qahirə iqliminin təsiri ilə “soyuq münasibətləri” bir qədər isidib.
Musavat.com maraqlı görüntüləri təqdim edir:
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ