Onlayn ictimai-siyasi qəzet
ABŞ Ukraynaya cəmi 20–50 “Tomaqavk” qanadlı raketi verə bilər.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti “Center for a New American Security” (CNAS) analitik mərkəzinin müdafiə proqramları direktoru Steysi Petticonun açıqlamasına istinadla məlumat yayıb.
“Vaşinqton Ukraynaya 20–50 ədəd “Tomaqavk” raketi ayıra bilər, lakin bu, müharibənin gedişatına həlledici təsir göstərməyəcək”, – deyə Petticon bildirib.
Qəzetin məlumatına görə, ABŞ-ın ümumilikdə 4150 ədəd “Tomaqavk” raketi var. 2022-ci ildən bəri alınan 200-dən artıq raketinin artıq 120-dən çoxu istifadə olunub.
Müdafiə Nazirliyinin 2026-cı il üçün büdcəsində isə cəmi 57 raketin alınması üçün vəsait nəzərdə tutulub. Bildirilir ki, raket ehtiyatlarının bir hissəsi ABŞ-ın digər istiqamətlərdə, o cümlədən Venesuela ərazisinə mümkün zərbələr üçün lazım ola bilər.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ