İnsanlara hürriyət, millətlərə istiqlal!

Güllünün ölüm səbəbi bəlli oldu 

Türkiyəli tanınmış müğənni Güllü (Gül Tut) ilə bağlı məhkəmə-tibbi ekspertizanın yekun hesabatı açıqlanıb.

Hesabata əsasən, müğənninin qanında yüksək miqdarda spirt aşkarlanıb, lakin zəhərlənmə və ya xarici təsir nəticəsində ölümə dair sübutlar tapılmayıb.

Ekspertiza nəticəsində Güllünün Yalovada yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq öldüyü təsdiqlənib. Onun ölümünə çoxsaylı sınıqlar, beyin qanaması və daxili qanaxmalar səbəb olub.

Yalova Ədliyyə Tibb Şöbəsi tərəfindən aparılan son araşdırmada müğənninin bədənində hündürlükdən yıxılmaya uyğun travmalar - boyun, qabırğa və ətraf sümüklərində sınıqlar, daxili orqan zədələri və beyin qanaması aşkarlanıb. Cinsi müayinədə hər hansı zorakılıq və ya xarici müdaxilə izinə rast gəlinməyib.

Toksikoloji analizlər zamanı Güllünün qanında 3,53 promil etanol müəyyən edilib.

Yekun hesabat Yalova Baş Prokurorluğuna təqdim edilib və istintaq materiallarına daxil edilib.

Xatırladaq ki, hadisə 26 sentyabr, saat 01:30 radələrində Yalovanın Çınarcık rayonunda baş verib. Güllü hadisə yerində həyatını itirib, meyiti isə yarılma üçün Yalova Təhsil və Araşdırma Xəstəxanasına aparılıb./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR