Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiyanın iqtisadi vəziyyəti ilə bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp bəyanatında Moskvanın iqtisadi sisteminin çöküş həddində olduğunu bildirib. Onun sözlərinə görə, Kremlin davam etdirdiyi müharibə siyasəti ölkəni maliyyə baxımından iflas nöqtəsinə gətirib çıxarıb.
“Rusiya iqtisadiyyatı dağılmaq üzrədir. Onlar müharibəni dayandırmaq istəmirlər və bu siyasətin sonu ağır nəticələrə gətirib çıxaracaq”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri əlavə edib ki, yaxın vaxtlarda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş planlaşdırır və görüşdə Kiyevə yeni silahların verilməsi məsələsi müzakirə olunacaq. Tramp qeyd edib ki, məqsəd “müharibəni dayandırmaq üçün Ukraynanın müdafiə imkanlarını gücləndirmək” olacaq.
Musavat.com
15 Oktyabr 2025
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ