İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar yerli banan yetişdirməyə başlayır

Rusiyada kənd təsərrüfatında yeni və maraqlı istiqamət – yerli banan istehsalı üzrə layihələr həyata keçirilir.

Musavat.com xəbər verir ki, “Subtropik Kənd Təsərrüfatının İnkişafı Akademiyası”nın baş direktoru Andrey Platonov ölkədə banan yetişdirilməsi ilə bağlı ilk real nümunələrin artıq ortaya çıxdığını bildirib.

“İndi bəziləri gülür, deyirlər ki, bizə banan nə gərək – əvvəlcə kartof əkək. Amma axı kartof banana, banan da kartofa mane olmur”, – deyə Platonov qeyd edib.

Onun sözlərinə görə, Krasnodar vilayətində bir qadın öz şəxsi vəsaiti hesabına qurduğu istixanada banan yetişdirməyə başlayıb. Orada yalnız banan deyil, həmçinin papa­ya, manqo, limon, kakao və qəhvə ağacları da becərilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR