İnsanlara hürriyət, millətlərə istiqlal!

Mixael Şumaxerdən ümidverici xəbər...

“Formula-1” tarixinin ən uğurlu pilotlarından biri sayılan Mixael Şumaxerin səhhəti ilə bağlı illər sonra ilk dəfə müsbət xəbər yayılıb.

Musavat.com xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, yeddiqat dünya çempionu xeyriyyə hərracı üçün dəbilqəsini şəxsən imzalayıb. Bu, 2013-cü ildə keçirdiyi ağır qəza sonrası uzun reabilitasiya dövründə onun səhhətində baş verən ən diqqətçəkən irəliləyiş hesab olunur.

Fransanın “L’Equipe” qəzetinin jurnalisti Stefan L’Ermitt bildirib: “Onun əlini həyat yoldaşı tutmuşdu, ya yox — bunu dəqiq bilmirik. Amma bu, illərdən sonra aldığımız ilk müsbət işarədir. Hələ ki, onun nə yeriyə, nə də danışa bildiyi görünür”.

Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında dağ xizəyi sürərkən başından ağır xəsarət almış, komaya düşmüşdü. O vaxtdan bəri onun səhhəti barədə ictimaiyyətə çox az məlumat verilib. Sonuncu dəfə 2023-cü ilin dekabrında ailəsi pilotun müstəqil şəkildə nə danışa, nə də hərəkət edə bildiyini açıqlamışdı.

Yeni məlumatlar isə onun bərpa prosesində kiçik də olsa ümidverici dönüşün baş verdiyini göstərir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR