Onlayn ictimai-siyasi qəzet
Rusiya gömrüyünü keçdikdən sonra bir neçə gündür müxtəlif şirkətlərə məxsus onlarla erməni yük maşını Gürcüstana daxil ola bilmir.
Musavat.com xəbər verir ki, Gürcü tərəfi yük maşınlarının buraxılması üçün şirkət sahiblərinin şəxsən iştirakı şərtini qoyub.
Bu proses zamanı isə daşımalara aid sənədlər müsadirə edilir.
Sürücülər və şirkət nümayəndələri rəsmi izahat verilmədən saxlanılır, yük maşınlarının niyə ölkəyə buraxılmadığı barədə məlumat açıqlanmır.
Hazırda sərhədin neytral zonasına təxminən 50 erməni yük maşınının toplaşdığı bildirilir. Məlumatlara əsasən, yaranan gecikmələr yalnız erməni daşıyıcılarına aiddir.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ