Onlayn ictimai-siyasi qəzet
İsrail KİV-lərinin məlumatına görə, Təl-Əviv Suriyanın cənubunda geosiyasi vəziyyətin dəyişməsinin qarşısını almaq üçün Rusiyanın bölgədəki mövcudluğunu dəstəkləyir.
Musavat.com xəbər verir ki, İsrail rəhbərliyi Türkiyənin Suriyanın cənub hissəsində, xüsusilə də Əs-Suveyda bölgəsində nüfuzunu artırmasının qarşısını almaq məqsədilə Moskvanın həmin ərazidə hərbi kontingent yerləşdirməsinə razılıq verib. Mənbələrin bildirdiyinə görə, bu addım Ankara ilə balans siyasətinin bir hissəsi kimi qiymətləndirilir.
Eyni zamanda İsrail ABŞ prezidenti Donald Tramp administrasiyası ilə danışıqlarda da bu mövqeni açıq şəkildə müdafiə edir və Rusiya hərbi bazalarının Suriyada qalması üçün Vaşinqtonda ciddi lobbiçilik aparır.
Analitiklər hesab edirlər ki, İsrailin bu siyasəti bölgədə üçtərəfli balans mexanizmini qorumağa yönəlib və əsas məqsəd həm İran, həm də Türkiyənin Suriya üzərində strateji təsirini məhdudlaşdırmaqdır.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ