İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinlə görüşəcək – ABŞ-Rusiya münasibətlərində yeni mərhələ

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxın vaxtlarda Macarıstanda görüşəcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə son telefon danışığından sonra çıxış edərkən məlumat verib. O bildirib ki, Ukrayna münaqişəsi başa çatdıqdan sonra ABŞ və Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələsini Putinlə ətraflı müzakirə edib.

Bununla yanaşı, Tramp Rusiya və ABŞ rəsmilərinin yaxın günlərdə yeni görüş keçirəcəyini də təsdiqləyib. Onun sözlərinə görə, görüşdə ABŞ tərəfini senator Marko Rubio təmsil edəcək, görüşün yeri isə sonradan müəyyənləşdiriləcək. 

ABŞ-la yüksək səviyyəli görüşdə Rusiya nümayəndə heyətinə isə Xarici İşlər Naziri Sergey Lavrov və Rusiya prezidentinin müşaviri Yuri Uşakov rəhbərlik edəcək.

Tramp əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə planlaşdırılan görüş zamanı da Putinlə apardığı danışıqlara toxunacaq. ABŞ lideri həmçinin vurğulayıb ki, Putinlə son telefon danışığı zamanı “böyük irəliləyiş” əldə edilib və bu, Vaşinqtonla Moskva arasında gərgin münasibətlərin yumşalması istiqamətində yeni mərhələnin başlaya biləcəyinə işarədir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR