Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Erməni Apostol Kilsəsinə qarşı hücumların olması ilə bağlı ittihamları rədd edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bu barədə 16 oktyabrda jurnalistlərə açıqlamasında danışıb.
Ermənistan baş naziri hökumətin kilsəyə qarşı təzyiq göstərdiyi iddiaları əsassız olduğunu söyləyib.
“Mənim tərəfimdən Kilsəyə qarşı heç bir hücum yoxdur. Erməni Apostol Kilsəsinin müqəddəs sənədlərində heç yerdə yazılmayıb ki, Katolikos və Kilsə eyni şeydir. Eynilə, yepiskopun da Kilsə ilə eyniləşdirildiyi qeyd olunmur. Tarixdə elə hallar olub ki, Katolikos istefa verib. Amma bu zaman Kilsə dağılmayıb.”
Baş nazir əlavə edib ki, Ermənistan tarixində yepiskopların cinayət təqibinə məruz qalaraq illərlə həbsdə olduqları hallar da mövcud olub.
Musavat.com
17 Oktyabr 2025
02:59 “Atletik Bilbao”dan “Qarabağ”a qarşı 9 qol hədəfi – Valverdenin iddialı, amma təhlükəli arzusu
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ