Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, bu barədə o, sosial hesabında paylaşım edib. Baş nazir bildirib ki, Trampla danışıb və artıq onun Vladimir Putinləm görüşünün hazırlıqlarına start verilib.
Qeyd edək ki, Rusiya tərəfinin açıqlamasına görə, Budapeşti görüş yeri kimi Tramp təklif edib.
Niyə məhz Macarıstanın seçilməsinə gəlincə, ekspertlərə görə, bu, ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusundan çıxması ilə bağlıdır. Belə ki, bu ilin aprelində Macarıstan hökuməti həmin sənədi təsdiqləyən qərarını ləğv edərək, onun əhatə dairəsindən çıxdığını elan edib. Bu, Putinin Budapeştə həbs tələbi olmadan səfər etməsinə imkan yaradır.
Musavat.com
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ