İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda kilsə əməkdaşı ev dustaqlığına göndərildi

Ermənistanın Arakaçotn vilayətində Apostol Kilsəsinin eparxiyasının mühasibi, 60 yaşlı Naira Alaverdyan 2 aylıq ev dustaqlığına məhkum edilib.

Musavat.com xəbər verir ki, bu barədə vəkil Marinə Farmanyan sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, ötən gün Arakaçotnda 13 keşiş və 3 mülki şəxs saxlanılıb. Bu gün isə eparxiyanın rəhbəri, yepiskop Mkrtiç Proşyan, eləcə də az əvvəl kargüzarlıq şöbəsinin rəhbəri keşiş Qaregin Arsenyan həbs edilib.

Onlara qarşı müxtəlif ittihamlar irəli sürülüb, o cümlədən vətəndaşları mitinqlərdə iştirak etməyə məcbur etmə ittihamı da daxil edilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR