Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı iddialı açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp Avropanın münaqişənin başa çatmasını istədiyini, lakin buna nail ola bilmədiyini bildirib. “Avropa Ukraynada müharibənin başa çatmasını istəyir, amma bunu edə bilmir. Mən bunu edə bilərəm. Düşünürəm ki, biz uğur qazanacağıq” – ABŞ lideri bəyan edib.
Tramp: Putinə “Tomahawk” raketləri ideyası xoş gəlmədi
ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ-ın tərəfdaş ölkələrinə bir neçə min “Tomahawk” raketinin verilməsi barədə ideya Rusiya prezidenti Vladimir Putinə xoş gəlməyib.
Tramp: Yeni sanksiyalara qarşı deyiləm, amma indi vaxtı deyil
Tramp əlavə edib ki, o, Rusiya əleyhinə yeni sanksiyalara qarşı deyil, lakin indi bunun üçün “uyğun zaman” olmadığını düşünür. Onun sözlərinə görə, Putinlə aparılan danışıqlar “səmərəli olub” və bu danışıqlar “sülhün bərqərar olmasına gətirib çıxara bilər”.
Musavat.com
17 Oktyabr 2025
02:59 “Atletik Bilbao”dan “Qarabağ”a qarşı 9 qol hədəfi – Valverdenin iddialı, amma təhlükəli arzusu
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ