Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada minlərlə insan “Johnson & Johnson” şirkətinə qarşı məhkəməyə müraciət edib.
Musavat.com xəbər verir ki, 3 mindən çox şəxs Londondakı Ali Məhkəməyə müraciət edərək, şirkəti asbestlə çirklənmiş uşaq pudrası satmaqda ittiham edib. İddiaçılar bildirirlər ki, “Johnson & Johnson” və ondan 2023-cü ildə ayrılan “Kenvue UK” şirkətləri 1965–2023-cü illər arasında yumurtalıq xərçəngi və mezotelioma (plevra xərçəngi) riskini artıran məhsullar satıblar.
İddiaçılara görə, şirkət tərkibində kanserogen liflər, o cümlədən asbest olan pudranı uzun illər ərzində bazara çıxarıb və bu risk barədə istehlakçılardan məlumatı gizlədib.
“Kenvue” isə açıqlamasında bildirib ki, onların istehsal etdiyi uşaq pudrası “asbest tərkibli deyil və xərçəngə səbəb olmur”.
Qeyd edək ki, ötən həftə ABŞ-ın Kaliforniya ştatında məhkəmə “Johnson & Johnson”u mezotelioma xəstəliyindən dünyasını dəyişən bir qadının ailəsinə 966 milyon dollar təzminat ödəməyə məcbur edib. Bu, şirkətə qarşı verilmiş ən böyük kompensasiya qərarlarından biri kimi qiymətləndirilir.
“Johnson & Johnson” ABŞ-da da oxşar onlarla məhkəmə işi ilə üz-üzədir. Zərərçəkənlər iddia edirlər ki, tərkibində talk olan məhsullardan istifadə etdikdən sonra xərçəngə yoluxublar.
Şirkət 2020-ci ildə ABŞ-da, 2023-cü ildə isə bütün dünyada talk əsaslı uşaq pudrasının satışını dayandıraraq qarğıdalı nişastası əsaslı yeni formulaya keçib.
Musavat.com
18 Oktyabr 2025
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ