İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski və Trampın danışıqları başa çatdı – Ukrayna lideri Ağ Evi tərk etdi

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən danışıqlar başa çatıb.

Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, Zelenski artıq Ağ Evi tərk edib. Trampla görüşdən çıxan Zelenski Avropa lioderləri ilə danışıb. 

Vladimir Zelenski qrup telefon zəngində danışdığı Avropa lioderləri:

- Ursula fon der Leyen, Avropa Komissiyasının sədri;
- Antonio Kosta, Avropa İttifaqının prezidenti;
- Alexander Stubb, Finlandiya Prezidenti;
- Jonas Gahr Stere, Norveçin Baş naziri;
- Keir Starmer, Böyük Britaniyanın Baş naziri;
- Giorgia Meloni, İtaliyanın Baş naziri;
- Mark Rutte, NATO-nun baş katibi;
- Donald Tusk, Polşanın Baş naziri.

Yaxın saatlarda Ukrayna liderinin mətbuat üçün brifinq keçirməsi gözlənilir.

Qeyd edək ki, görüşdə tərəflər əsasən müharibənin dayandırılması yolları, təhlükəsizlik əməkdaşlığı və ABŞ-ın Kiyevə hərbi dəstəyi kimi mövzuları müzakirə ediblər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR