Onlayn ictimai-siyasi qəzet
Gələn həftə ABŞ və Çin arasında ticarət danışıqlarının yeni raundu keçiriləcək.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, tərəflər tariflərin azaldılmasını müzakirə edəcəklər.
Agentliyin məlumatına görə, görüş zamanı ABŞ-ın maliyyə naziri Skott Bessent və Çinin baş nazirinin müavini He Lifeng dünyanın iki ən böyük iqtisadiyyatı arasında yeni eskalasiya tədbirlərinin azaldılmasını müzakirə edəcəklər.
Bessent özü Lifeng ilə danışacağını və tezliklə görüşəcəklərinin gözlənildiyini söyləyib: “Biz onunla və nümayəndə heyəti ilə Malayziyada, yəqin ki, bir həftədən sonra, sabahdan başlayaraq iki prezident arasında görüşə hazırlıq üçün görüşəcəyik”.
Bessentin şərhləri ABŞ prezidenti Donald Trampın Çin rəsmiləri ilə danışıqların böhranı aradan qaldıracaq razılaşmaya gətirib çıxara biləcəyinə dair nikbinliyini ifadə etməsindən sonra baş verib və bu, ABŞ liderinin tarifləri artırmaq vədinin icrasında pauzaya işarə sayılır.
Bloomberg qeyd edir ki, ümumilikdə bu bəyanatlar Vaşinqtonun Pekinlə qlobal iqtisadiyyat üçün dağıdıcı nəticələrə səbəb ola biləcək genişmiqyaslı ticarət müharibəsi qorxusunu sakitləşdirmək cəhdindən xəbər verir.
"Düşünürəm ki, biz çox yaxşı iş görürük. Düşünürəm ki, Çinlə münasibətlərimizi yaxşılaşdırırıq", - Tramp deyib.
O, həmçinin oktyabrda Cənubi Koreyada keçiriləcək APEC sammitində Çin sədri Si Cinpinlə görüşün baş tutacağına inandığını qeyd edib. Halbuki ötən həftə belə görüşün mənasının qalmadığını bildirmişdi.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ