İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir Qüdsi Osmanov 10 il əvvəl Abbas Abbasovu və Ramiz Mehdiyevi niyə xain elan etmişdi - ŞOK TƏFƏRRÜAT

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov son illərdə həm Abbas Abbasov, həm də Ramiz Mehdiyev barədə səsləndirdiyi cəsarətli açıqlamaları ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, “Yeni Müsavat” Media Qrupunun arxiv materiallarına əsasən, diplomat hələ 10 il əvvəl Moskvada səfir müavini işlədiyi dövrdə, Abbas Abbasovun “cinayətkar əməlləri”, “Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyəti” və erməni çevrələri ilə gizli əlaqələrindən açıq şəkildə danışıb.

WhatsApp Image 2025-10-19 at 15.17.25.jpeg (67 KB)

Daha sonra, artıq Moldovada səfir olduğu 2021-ci ildə, Qüdsi Osmanov bu dəfə Ramiz Mehdiyevi ifşa edən bəyanatlarla çıxış edib. O, həmin müsahibəsində Ramiz Mehdiyevin Azərbaycan diplomatiyasında anti-milli xarakterli kadrları himayə etməsindən, dövlət maraqlarına zidd addımlara şərait yaratmasından və bu siyasətin məqsədli şəkildə həyata keçirilməsindən bəhs edib.

Qeyd edək ki, Qüdsi Osmanov hazırda Azərbaycanın Rumıniyadakı səfiridir və yaxın günlərdə onun Moskva dövrü, Abbas Abbasovun fəaliyyəti və Ramiz Mehdiyevin rolu ilə bağlı geniş və sensasiyalı müsahibəsi Musavat.com-da dərc olunacaq.

Diplomatın bu mövzularda dolğun və sənədlərlə əsaslanan məlumatlara malik olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR