İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Gürcüstandakı səfirini geri çağırdı – Berlinlə Tiflis arasında diplomatik gərginlik

Almaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, Gürcüstan hökumətinin Avropa İttifaqı, Almaniya və səfir Peter Fişerə qarşı sərt açıqlamaları səbəbindən səfirin məsləhətləşmələr üçün geri çağırılması qərara alınıb.

Musavat.com-un məlumatına görə rəsmi Berlinin açıqlamasında bildirilir ki, bu addım Gürcüstan rəhbərliyinin son bəyanatlarına diplomatik reaksiya kimi atılıb və məqsəd ikitərəfli münasibətlərin gələcək istiqamətini dəyərləndirməkdir.

Məlumata görə, sabah Avropa İttifaqı Şurası yaranmış vəziyyəti xüsusi iclasda müzakirə edəcək və Tiflis ilə münasibətlərə dair ortaq mövqe formalaşdırmağa çalışacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR