Onlayn ictimai-siyasi qəzet
Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib ki, Rusiya ordusu son günlər Ukraynanın Xarkov, Sumı, Donetsk və Zaporojye vilayətlərində hücum əməliyyatlarını davam etdirib.
Musavat.com-un məlumatına görə hesabatda qeyd olunur ki, rus qüvvələrinin müəyyən taktiki irəliləyişlərinə baxmayaraq, ümumilikdə ciddi strateji nəticə əldə edilməyib.
ISW-nin məlumatına görə, bəzi istiqamətlərdə şiddətli döyüşlər gedir, lakin Ukrayna müdafiə xətləri əsasən sabit qalır.
Analitiklər qeyd edirlər ki, bu vəziyyət Rusiya ordusunun hücum potensialının azaldığını və mövcud resurslarla genişmiqyaslı nəticə əldə etməyin çətin olduğunu göstərir.
Musavat.com
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ