Onlayn ictimai-siyasi qəzet
HƏMAS hərəkatı ABŞ Dövlət Departamentinin Qəzza sektorundakı atəşkəs rejiminin pozulması ilə bağlı irəli sürdüyü ittihamları tamamilə rədd edib.
Musavat.com xəbər verir ki, hərəkatın nümayəndəsi bəyan edib:
“Biz ABŞ Dövlət Departamentinin açıqlamasında yer alan iddiaları rədd edirik və bizə qarşı ‘birbaşa hücum’ və ya ‘atəşkəsin pozulması’ barədə irəli sürülən ittihamları qəti şəkildə inkar edirik. Bu yalan iddialar İsrailin aldatıcı təbliğatı ilə eyni istiqamətdədir və işğalın cinayətlərini, xalqımıza qarşı sistemli aqressiyanı ört-basdır etməyə xidmət edir.”
Xatırladaq ki, bundan əvvəl ABŞ Qəzzadakı sülh razılaşmasının təminatçısı olan dövlətləri xəbərdar etmişdi ki, HƏMAS-ın atəşkəs rejimini pozmaq ehtimalı mövcuddur.
Analitiklər bildirirlər ki, bu bəyanat Vaşinqton və HƏMAS arasında gərginliyin yenidən artdığını və Qəzzadakı sülh prosesinin gələcəyini sual altına qoyduğunu göstərir.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ