Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu bu gecə Ukraynanın Dnepropetrovsk vilayətinə raket hücumu həyata keçirib.
Musavat.com xəbər verir ki, məlumatı yerli ictimai səhifələr yayıb.
Məlumata görə, zərbələr nəticəsində mağaza, çoxmərtəbəli yaşayış binası və mədəniyyət evi dağılıb.
Hazırda hadisə yerində xilasetmə və yanğınsöndürmə briqadaları işləyir. Yaralılar və dağıntıların miqyası barədə dəqiq məlumat hələlik açıqlanmayıb.
Bu hücum Ukraynaya qarşı son günlərdə artan hava zərbələrinin davamı kimi qiymətləndirilir.
Musavat.com
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ