İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan buğdası Ermənistana necə çatacaq?

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, yaxın günlərdə Qazaxıstandan gələn ilk buğda partiyası Azərbaycan üzərindən çatdırılacaq.

Musavat.com xəbər verir ki, erməni nazir bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.

“Yaxın zamanda Qazaxıstan buğdasının ilk partiyası Aktau–Bakı dəmir yolu ilə, daha sonra Azərbaycan–Gürcüstan dəmir yolu vasitəsilə Ermənistana gətiriləcək. Sülh artıq qurulub”, - deyə Papoyan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR