Onlayn ictimai-siyasi qəzet
Müğənni Türkan Vəlizadə efirlərə çıxmaması ilə bağlı açıqlama verib.
O, Vüsalə Əlizadənin təqdimatında yayımlanan “İncə səhər” verilişində qonaq olarkən bu barədə danışıb:
“Efirə tanıdığımız insanlarla çıxmaq istəyirik ki, efir gözəl keçsin, gözəl musiqilər oxunsun, qırğın, dava, müsibət mənlik deyil. Mən belə şeyləri sevmirəm. Xanımlarla efirə çıxmamaq məsələsinə qaldıqda isə, bir azdan efirə gözəl xanım gələcək. İstəyirəm ki, mən necə hörmətlə yanaşıramsa, mənə də elə hörmət edilsin. Burdan da açıqlama vermək istəyirəm ki, hər şey qaydasındadır”.
Qeyd edək ki, bir müddət öncə Vüsalə Türkanı meyxanaçılarla birgə efirə çıxmadığı üçün tənqid etmişdi. (Olay)
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ